-
- 28-03-2022, 14:30
- 1 639
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlıları birgə təlim keçəcək
Milli Məclis “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair Anlaşma Memorandumunu təsdiqləyəcək.
News24.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə edilib.
Bundan əlavə, “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında Sazişə üzv dövlətlərin məcburi ödənişlərinin həcmi ilə bağlı Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi də komitənin bu gün keçirilən toplantısında müzakirəyə çıxarılıb.
Hər iki məsələ parlamentin plenar iclasına tövsiyə edilib.