-
- 21-10-2023, 14:37
- 273
Xərçəng xəstəsi nişanlısını öldürdü
İzmirdə xərçəng xəstəsi Sibel Çelikin bıçaqlanaraq öldürülməsi və cəsədinin tapıldığı evin yandırılmasında öz nişanlısı Halil Y- şübhəli bilinirdi.
News24.az Milli.Az-a istinadən xəbər verir ki, 12 iyul 2016-cı il tarixində İzmirin Buca rayonunda üçmərtəbəli binanın birinci mərtəbəsində yanğın baş verib.
Yanğın söndürüldükdən sonra 24 yaşlı xərçəng xəstəsi Sibel Çelikin cəsədi tapılıb. Ədliyyə Tibb Təşkilatının araşdırması nəticəsində Çelikin bıçaqlandığı, daha sonra isə cəsədinin yandırılmağa çalışıldığı müəyyən edilib.
Hadisədən sonra itkin düşən Çelikin nişanlısı Halil Y. və böyük qardaşı Selman Y.-nin tutulması üçün istintaq başladılıb.
Məhkəmə tərəfindən şübhəli Halil Y-yə ömürlük həbs cəzası verilib.