-
- 27-03-2019, 13:07
- 1 499
DSX-nin hərbi hissələrində şəhid olan qəhrəman sərhədçilər anılıb
“Novruz” bayramı günlərində Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində Vətəninin təhlükəsizliyi və dövlət sərhədlərinin toxunulmazlığı uğrunda rəşadət göstərərək şəhid olmuş qəhrəman sərhədçilər anılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, mart ayının 21-də qəhrəman sərhədçilərdən biri - cari ilin 10 mart tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulması cəhdinin qarşısını alarkən şəhid olmuş kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin ideoloji mərkəzində keçirilən və DSX aparatının rəhbər vəzifəli şəxslərinin, Səfərbəlik və Hərbi Xidmət Çağrış üzrə Dövlət Xidmətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə qəhrəman sərhədçinin şərəfli və ləyaqətli ömür yolu, Azərbaycan sərhədçisinin adına layiq xidməti haqqında geniş məlumat verilib.
Dövlət sərhədlərinin mühafizəsində qəhrəmancasına həlak olduğuna görə kiçik çavuş Məmmədov Səxavət Füzuli oğlunun Dövlət Sərhəd Xidməti rəisi general-polkovnik Elçin Quliyev tərəfindən təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı tədbir zamanı şəhid sərhədçinin atasına təqdim olunub.