Duman olacaq, yağış yağacaq - SABAHIN HAVASI
    • 22-10-2023, 12:48
    • 236

Duman olacaq, yağış yağacaq - SABAHIN HAVASI

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən mlumat verilib. oktyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 18-23° isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.