Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı
    • 18-05-2024, 18:20
    • 129

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda yeniyetməyə qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən xəbərə görə, mayın 17-si axşam saatlarında Səbail rayonu ərazisində bir yeniyetmənin mobil telefonu soyğunçuluq yolu ilə əlindən alınıb.

Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.