Gürcüstan Tehrandakı görüşdən İMTİNA ETDİ
    • 23-10-2023, 10:29
    • 199

Gürcüstan Tehrandakı görüşdən İMTİNA ETDİ

Bu gün Tehranda keçirilməsi planlaşdırılan “3+3” (Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistan) formatında keçiriləcək iclasda, Gürcüstan təmsil olunmayacaq.

News24.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Gürcüstan bu görüşdə heç vaxt iştirak etməyib və iştirak etmir.

“3+3” formatında keçirilən iclasın əsas məqsədlərindən region problemlərinin regiondan kənar ölkələrin iştirakı olmadan və bölgə ölkələrinin iştirakı ilə həll olunması, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının həyata keçirilməsini xüsusi qeyd etmək olar.

Qeyd edək ki, “3+3” formatında ilk iclas Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsindən 2021-ci il 10 dekabr tarixində Moskvada keçirilib.

Aynurə