Ceyhun Bayramov İrana yola düşdü - YENİLƏNDİ / VİDEO
    • 23-10-2023, 11:30
    • 203

Ceyhun Bayramov İrana yola düşdü - YENİLƏNDİ / VİDEO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “3+3” formatında birinci nazirlər görüşündə iştirak etmək məqsədilə İran İslam Respublikasına işgüzar səfərə yola düşüb.

News24.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun tədbirdə çıxışı, eləcə də ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün İranın paytaxtı Tehranda “3+3” regional formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) çərçivəsində keçiriləcək görüşdə iştirak edəcək.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, C.Bayramov oktyabrın 23-də İrana yola düşəcək.

Xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək görüşdə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.