Bu istiqamətlərdə əlavə reyslər təyin edilir
    • 23-10-2023, 14:13
    • 154

Bu istiqamətlərdə əlavə reyslər təyin edilir

“Azərbaycan Dəmir Yolları” QSC bayram günlərində artan sərnişin tələbatını nəzərə alaraq əlavə reyslər təyin edir.

News24.az xəbər verir ki, noyabrın 8, 9, 10, 11, 12-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar hər gün

- 07:30-da Bakıdan Qəbələyə,

- 19:00-da Qəbələdən Bakıya yola düşəcək.

Bildirilib ki, noyabrın 4-ü iş günü sayıldığından həmin günə olan reys ləğv edilir.

Əvəzində noyabrın 5-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar təyin olunur.