Bu görüşdən sonra Azərbaycana qarşı təzyiqlər olacaq - Millət vəkili
    • 24-10-2023, 11:22
    • 261

Bu görüşdən sonra Azərbaycana qarşı təzyiqlər olacaq - Millət vəkili

3+3 formatında keçirilən görüşdən sonra Azərbaycana qarşı təzyiqlər olacaq. 

News24.az xəbər verir ki, bunu Milli Məclisin oktyabr 24-də keçirilən iclası zamanı millət vəkili Siyavuş Novruzov deyib.

Bu gün Azərbaycan ədalətli mövqedədir, ermənilərə qarşı heç bir soyqırım həyata keçirilməyib. “3+3” formatlı görüşdən sonra da Azərbaycana qarşı təzyiqlərin olması qaçılmazdır.

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycana qarşı Avropa Parlamentində təmsil olunan bir sıra qrupların təzyiqlərini hiss edir, eləcə də ədalətsiz yanaşmanı görürük.

Qumral Əliyeva