Sumqayıtda partlayışda yaralananlardan biri ölüb
    • 27-03-2019, 23:07
    • 1 044

Sumqayıtda partlayışda yaralananlardan biri ölüb

Sumqayıtda güclü partlayış olub.

News24.az
ONA-ya istinadən xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsindəki metaləritmə sexində qeydə alınıb.

Məlumata görə, hadisə martın 22-də olub. Sözügedən sexdə xətt təmirə dayanıbmış. Bildirilir ki, sexin rəisi xətti yenidən qoşmaq istəyərkən partlayış baş verib. Nəticədə 4 nəfər - 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu, 1967-ci il təvəllüdlü Mehrəliyev Əlibaba Kamil oğlu, 1992-ci il təvəllüdlü Qaraçayev Ceyhun Nazim oğlu, 1974-cü il təvəllüdlü Cəlilov Vüqar Məzahir oğlu yanıq xəsarətləri alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Yaralılardan M.Seyidəliyev həkimlərin səyinə baxmayaraq, müalicə aldığı xəstəxanada 5 gündən sonra dünyasını dəyişib. Digər yaralılar isə paytaxt xəstəxanalarına gətirilib.
Faktla bağlı araşdırma aparılır.