-
- 24-10-2023, 11:29
- 319
Fransanın Ermənistana verəcəyi hərbi sistemlərin SİYAHISI
Fransa Ermənistana hava hücumundan müdafiə imkanlarını təkmilləşdirməyə “kömək edir”.
News24.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib.
O bildirib ki, Fransa üç radar sistemi və gələcəkdə “Mistral” zenit-raket komplekslərinin tədarükü ilə bağlı saziş vasitəsilə Ermənistana hava hücumundan müdafiə imkanlarını təkmilləşdirməyə kömək edəcək.
Parisdə Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdən sonra Lekornu qeyd edib ki, hava hücumundan müdafiə əsas əhəmiyyət kəsb edir.
Qeyd olunur ki, nazirlər Fransanın da Ukraynaya tədarük etdiyi “Thales" şirkətinə məxsus 3 ədəd GM 200 raketlərinin satışına, həmçinin Fransanın hava hücumundan müdafiəsi üçün qısa mənzilli “Mistral” raketlərinin gələcək tədarükünə dair anlaşma memorandumu imzalayıblar.
Lekornu bəyan edib ki, Fransa quru qoşunlarının hazırlanmasında Ermənistana da “kömək” edəcək və ölkənin silahlı qüvvələrinin islahatları və modernləşdirilməsi üzrə səylərini “dəstəkləyəcək”.
Fransa müdafiə naziri əlavə edib ki, onlar iki ölkənin eyni hərbi-siyasi ittifaqın üzvü olmamasına baxmayaraq, Ermənistanla müdafiə əlaqələrinə “sadiqdirlər”. Lekornu Suren Papikyanla birgə mətbuat konfransında deyib: “Bu, özünü müdafiə edə bilməyin sadə prinsipinə əsaslanır”.
Akqabay