-
- 23-10-2023, 12:12
- 251
Parisin Azərbaycana "hücum planı" rəsmiləşib?
Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan Paris və İrəvanın silah alqı-satqısına dair saziş məsələsinə münasibət bildirib.
News24.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, Sarkisyan bununla bağlı tezliklə Ermənistan Müdafiə Nazirliyinin müvafiq məlumat verəcəyini açıqlayıb.
“Fransa müdafiə nazirinin səfəri çərçivəsində müzakirələrin nəticələri ilə bağlı müvafiq məlumat veriləcək”, - deyə o əlavə edib.
Qeyd edək ki, Fransa Silahlı Qüvvələrinin rəhbəri Sebastyan Lekornun dəvəti ilə Ermənistanın müdafiə naziri Suren Papikyan oktyabrın 22-də Fransa Respublikasına işgüzar səfərə gedib.
Səfər çərçivəsində Ermənistana silah satışının rəsmiləşməsi üçün sənədlərin imzalanacağı bildirilirdi. Müqaviləyə əsasən, Ermənistana Fransa silahları, xüsusilə zenit-raket kompleksləri veriləcək.
Yerli politoloqlar Fransanın Ermənistana silah satışını Azərbaycana qarşı düşmənçilik hesab edirlər. Qeyd olunur ki, Fransanın Ermənistana verdiyi silahların Azərbaycana tuşlanacağı, sərhəd toqquşmasında istifadə ediləcəyi bəllidir.
Akqabay