Rövşən Lənkəranskinin qardaşı axtarışa VERİLDİ -
    • 24-10-2023, 19:09
    • 1 079

Rövşən Lənkəranskinin qardaşı axtarışa VERİLDİ - "Lotu Quli"nin qətlinə görə...

Türkiyədə öldürülən azərbaycanlı avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifovun qətli ilə bağlı məhkəmə prosesi davam etdirilib.

News24.az  APA-ya istinadən xəbər verir ki, Manavqat 2-ci Ağır Cəza Məhkəməsində prokuror ittiham nitqi ilə çıxış edib. O, təqsirləndirilən Xaqan Zeynalovun, Əmir Həmidlinin, Əli Mövlanlının, Rəsul Həsənovun ömürlük azadlıqdan məhrum edilmələrini tələb edib.

Həmçinin prokuror çıxışında bu işlə əlaqəsinin istintaq dövründə sübuta yetməsi səbəbindən Namiq Canıyev (mərhum Rövşən Lənkəranskinin qardaşı), Cəfər Əlizadə, Xanımnisə Məmmədova, hazırda Bakıda həbsdə olan Camal Həsənovun cinayət işinin ayrıcı icraata götürülməsini istəyib və onların beynəlxalq axtarışa verildiyini qeyd edib.

Prosesdə təqsirləndirilən şəxslərin vəkillərinə müdafiə nitqinə hazırlamaq üçün vaxt verilib.

Qeyd edək ki, “Lotu Quli” ləqəbli Nadir Səlifov 2020-ci ilin avqustun 19-dan 20-nə keçən gecə Antalyada hoteldə güllələnərək qətlə yetirilib. Onun Rövşən Lənkəranskinin tərəfdarlarının sifarişi əsasında yaxın adamı Xaqan Zeynalov tərəfindən qisas məqsədilə öldürüldüyü deyilir.