-
- 25-10-2023, 10:02
- 1 609
Azərbaycanda bu məktəb yoluxucu xəstəliyə görə BAĞLANDI
Şəkidə təhsil müəssisəsi yayılan qızılca xəstəliyi səbəbindən müvəqqəti bağlanıb.
News24.az xəbər verir ki, ötən ay Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada kəskin yoluxucu xəstəlik kütləvi hal alıb.
Bu səbəbdən də sentyabrın 24-də məktəb rəhbərliyi həkimlərə müraciət edib.
Şəki Rayon Mərkəzi Xəstəxanasında onlara zəruri tibbi xidmət göstərilib. Hər biri sağalaraq kafi vəziyyətdə evə yazılıb.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən "Xəzər Xəbər"ə bildirilib ki, şagirdlər arasında qızılca xəstəliyi müşahidə olunduqdan sonra Şəki Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri təhsil müəssisəsində yaranmış mövcud vəziyyəti qiymətləndirib və akt tərtib edilib.
Oktyabrın 6-dan isə dərslərin distant formada tədrisi barədə qərar qəbul edilib.
Oktyabrın 27-dən gimnaziyanın fəaliyyətinin ənənəvi şəkildə davam etdirilməsi nəzərdə tutulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: