Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı
    • 10-03-2021, 12:12
    • 609

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb.

News24.az APA-ya istinadən xəbər verir ki, Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbdə martın 9-dan dərslərin distant formada keçirilməsi qərara alınıb. 

Buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır. Dərslər 14 gün müddətində distant formada davam etdiriləcək.

Əldə edilən məlumata görə, məktəbin direktoru və direktor müavini COVİD-19 virusuna tutulub. Məktəb direktoru hazırda Bakı şəhərindəki xəstəxanalardan birində müalicə alır.

Məktəb direktoru Söhbət Salmanov APA-ya açıqlamasında koronavirusa yoluxduğunu və rəhbəri olduğu təhsil müəssisəsinin 14 günlük bağlandığını təsdiqləyib.