-
- 25-10-2023, 13:13
- 189
Xərçəng vaksini uğurlu nəticə VERDİ
“BionTech” şirkətinin təsisçiləri, türkiyəli alimlər Uğur Şahin və Özlem Türeci xərçəng xəstəliyinə qarşı hazırladıqları vaksinin uğurlu nəticələr verdiyini açıqlayıblar.
News24.az xəbər verir ki, alimlər bu barədə Madrid şəhərində keçirilən Avropa Tibbi Onkologiya Cəmiyyətinin Konqresində danışıblar.
Məlumata görə, vaksin 4 dozada 44 pasientə vurulub. Nəticələrə əsasən, pasientlərin 59 faizində şişlərin həcminin 30 % kiçilməsi müşahidə edilib. Xəstələrin 95 faizində isə şişlərin böyüməsi dayanıb.