Alimlər xərçəng öldürücü həb hazırlayıb
    • 2-08-2023, 10:16
    • 491

Alimlər xərçəng öldürücü həb hazırlayıb

ABŞ alimləri “məqsədli kimyaterapiya” vasitəsilə bərk şişləri məhv edən “xərçəng öldürücü həb” hazırlayıblar.

News24.az xəbər verir ki, həb “City of Hope” xərçəng araşdırma və müalicə təşkilatına məxsusdur.

Həbin döş və prostat vəzi də daxil olmaqla xərçəngin müalicəsində təsirli olduğu bildirilib.

AOH1996 adlı bu molekul hədəflənmiş kimyaterapiyadan istifadə edərək xərçəng hüceyrələrinə təsir göstərir. Xüsusilə, böyüyən şişlərdə DNT replikasiyası və təmirində mühüm rol oynayan PCNA adlı zülalı hədəf alaraq xərçəng hüceyrələrini zərərsizləşdirir.

“Cell Chemical Biology” jurnalında dərc edilən araşdırmaya görə, AOH1996-nın 70-dən çox xərçəng hüceyrə xəttində sınaqdan keçirildiyini ortaya qoyub. Nəticələr göstərib ki, AOH1996 normal hüceyrə çoxalma dövrünü pozaraq xərçəng hüceyrələrini selektiv şəkildə məhv edir. Bildirilib ki, uğurlu nəticələrdən sonra növbəti addım insanlar üzərində klinik sınaqların davam etdirilməsi olacaq.