-
- 25-10-2023, 17:09
- 174
“İsrailin Qəzzaya hücumları ruhi xəstəlik əlamətidir" - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın qrup toplantısında çıxış edib.
O çıxışı zamanı bildirib ki, Həmas terror təşkilatı deyil, torpaqlarını və vətəndaşlarını qorumaq üçün mübarizə aparan bir azadlıq və mücahid qrupudur.
News24.az xəbər verir ki, bu barədə “Sondakika.com” məlumat yayıb.
“İsrailin Qəzzaya hücumları həm qətl, həm də ruhi xəstəlik əlamətidir. Sözə gəlincə, demokratiyanı, plüralizmi heç kimə buraxmayanlar faşist simalarını göstərdilər.
“Biz öz mövqeyimizdən heç vaxt güzəştə getməyəcəyik. Qəzza üçün nə lazımdırsa, edəcəyik"-deyə, Ərdoğan çıxışını sonlandırıb.
Ülkər Abdurahmanlı