Saakaşvilidən ŞOK AÇIQLAMA:
    • 25-10-2023, 16:26
    • 173

Saakaşvilidən ŞOK AÇIQLAMA: "Zurabişvili hədələnir"

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili, hazırkı prezident Salome Zurabişvilinin hədələndiyini bildirib.

News24.az xəbər verir ki, Saakaşvili bu barədə "Facebook" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, hakimiyyət prezidenti haqqında cinayət işi açmaqla hədələyir.

“Prezident Zurabişvili cinayət təqibi ilə hədələnir və məsələ də mənim əfvimlə bağlıdır. Gürcüstan dünyada yeganə ölkədir ki, prezidentlər əfv üçün “mühakimə olunur”. Bu, insani baxımdan qəbuledilməzdir və dövlət üçün fəlakətlidir.

Bu oyunda oliqarx dövlət qurumlarından qalan hər şeyi ələ keçirmiş olur. Biz bunu mütləq dayandıra biləcəyik.

Ümid edirəm ki, Salome Zurabişvilinin özü də vəziyyətin ciddiliyini dərk edir. Xanım prezidentin yalnız ritorikası ölkəni və şəxsən onu xilas etməyəcək”,-deyə Saakaşvili paylaşımında bildirib.

Aynurə