-
- 25-10-2023, 18:24
- 191
Aİ liderləri Cənubi Qafqazı müzakirə edəcək
Oktyabrın 26-27-də Brüsseldə planlaşdırılan sammitdə Avropa İttifaqı ölkələrinin liderləri Yaxın Şərqdəki münaqişəni müzakirə edəcəklər.
News24.az APA-ya istinadən bildirir ki, bu barədə Avropa İttifaqı Şurasının məlumatında deyilir.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel əmin edib ki, İsrail və Fələstin arasındakı münaqişə səbəbindən Ukraynaya yardım ləğv edilməyəcək. Açıq dəvət məktubunda həmçinin görüş zamanı Ukraynaya yardım məsələsinin qaldırılacağı bildirilib. Vəsaitin Aİ tərəfindən dondurulmuş Rusiya aktivlərindən ayrılması planlaşdırılır.
Şarl Mişel qeyd edib ki, xarici siyasətlə bağlı digər məsələləri də, o cümlədən Priştina ilə Belqrad arasında münasibətləri, eləcə də Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər.