Bağça tərbiyəçisi 14 yaşlı şagiddən hamilə qaldı - Bu ölkədə
Dünya
Avstriyanın paytaxtı Vyanada bağçada tərbiyəçi işləyən qadın 14 yaşlı məktəbli ilə münasibət qurub.
News24.az xəbər verir ki, qadının 14 yaşlı yeniyetmə ilə nə vaxtdan ünsiyyət qurduğu məlum deyil.
Onun yaşı açıqlanmır, lakin ən azı məktəblidən on yaş böyük olduğu bildirilir. Bir neçə ay davam edən bu görüşlərdən sonra qadın hamilə qalıb, lakin daha sonra uşağı itirib. Bağça tərbiyəçisinin həmkarları onun gizli görüşlərindən şübhələnsələr də, uğursuz hamiləlikdən sonra qadın özü hər şeyi onlara danışıb.
Təhsil İdarəsindən bildirilib ki, yeniyetmənin oxuduğu məktəbin rəhbərliyi münasibətlər barədə xəbər tutan kimi hüquq-mühafizə orqanlarına müraciət edib.
Hazırda qadın xəstəxanadadır, lakin onun barəsində artıq cinayət işi açılıb. Gələcək karyerası ilə bağlı qərar isə hələ verilməyib.
Məlumata görə, məktəb rəhbərliyi şikayətdə “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddəsini göstərib.
Bu cinayətə görə onu üç ilə qədər həbs cəzası gözləyə bilər.
Əgər söhbət zorakılıq və azyaşlının yoldan çıxarılmasından gedərsə, əsas məqamlardan biri hadisələrin nə vaxt baş verməsi olacaq. Avstriyada razılıq yaşı 14-dən başlayır. Onun məktəbli ilə münasibətinin daha əvvəl başlaya biləcəyi istisna edilmir. /Bild