Gənc aktrisadan SƏRT AÇIQLAMA: “Adama oxşamır, amma bir pullu kişinin hesabına…”
    • 25-10-2023, 19:42
    • 297

Gənc aktrisadan SƏRT AÇIQLAMA: “Adama oxşamır, amma bir pullu kişinin hesabına…”

“Teatrlarımızdakı istedadlı, peşəkar aktyorlar, aktrisalar itib-batıblar, üzə çıxa bilmirlər”.

News24.az xəbər verir ki, bu fikirləri “şans daha önəmlidir, yoxsa istedad” sualını cavablandıran tanınmış aktrsia Cəmilə Tağızadə Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa istedadlı sənət adamlarının itib-batdığını, istedadsızların isə irəli getdiyini təəssüflə bildirib:

“Bu gün şans çox önəmlidir. Baxırsan, nə gözəlliyi var, nə istedadı, amma qabaqdadır. Adam o qədər şanslıdır ki…

Bir dünya əməliyyat edib, bəxti gətirib. Adama oxşamır, səhnəyə, efirə yaraşmır. Nə qədər özünü yığdırsa da, yenə də həmin adamdır. Efirlərdən də düşmürlər.

Bu həm müğənnilərə aiddir, həm də aktrisalara. İstedad sıfırdır, aktyorluq bacarığı yoxdur, amma ki hamıdan öndədirlər. Çıxıb qarşısına bir pullu kişi, həmin kişinin pulları hesabına gedir qabağa.

Şanslı doğulmaq çox önəmlidir. Hamıya aid deyil, mütaliəli, savadlıları da var. Amma sənət aləmindəkilərin əksəriyyəti savadsızdır. Teatrlarımızdakı istedadlı, peşəkar aktyorlar, aktrisalar itib-batıblar, üzə çıxa bilmirlər. Çünki adamları yoxdur.

Amma kimin ki adamı var, daim göz önündədir, həm səhnədədir, həm filmlərdədir, həm də seriallarda, reklamlarda. Hara baxırsan, onu görürsən. İstedadına görə irəli getsə, heç adamı yandırmaz”.