-
- 27-10-2023, 01:24
- 230
HƏMAS nümayəndə heyətinin Rusiyaya səfərini PİSLƏDİLƏR
İsrail Fələstinin HƏMAS təşkilatının nümayəndələrinin Moskvaya səfərini qətiyyətlə pisləyir və Rusiya hakimiyyətindən onların dərhal ölkədən çıxarılmasını tələb edir.
News24.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
“İsrail HƏMAS liderlərinin Moskvaya dəvət edilməsini terrorun dəyirmanına su tökmək və HƏMAS terrorçularının vəhşiliklərini qanuniləşdirən nalayiq addım kimi qiymətləndirir. Biz Rusiya hökumətini HƏMAS terrorçularını dərhal ölkədən çıxarmağa çağırırıq”, – İsrail Xarici İşlər Nazirliyi bildirib.
İsrail Xarici İşlər Nazirliyi qeyd edib ki, “HƏMAS İŞİD-dən daha pis terror təşkilatıdır”.
“HƏMAS liderlərinin əlləri doğranan, qətlə bıçaqlanan, güllələnən və yandırılan 1 400-dən çox israillinin qanına bulaşıb. Onlar körpələr, uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 220-dən çox israillinin oğurlanmasına görə məsuliyyət daşıyırlar”. bəyanatda söylənilib.