İsrail ordusu daha bir HƏMAS üzvünü öldürdü
    • 12-10-2023, 12:23
    • 311

İsrail ordusu daha bir HƏMAS üzvünü öldürdü

İsrail Müdafiə Qüvvələri HƏMAS-ın daha bir yüksək rütbəli üzvü Məhəmməd Əbu Şamalı öldürüb.

News24.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, o, HƏMAS terrorçularının dəniz qüvvələrinə rəhbərlik edirmiş. "

Onun evi suda fəaliyyət göstərən yaraqlılar tərəfindən istifadə edilən və İsrailə qarşı terror üçün nəzərdə tutulan silahların saxlanması üçün anbar kimi istifadə olunurdu", - deyə məlumatda bildirilir. 

Bundan əlavə, İsrail ordusu HƏMAS-ın elit Nuxba bölməsinə zərbə endirdiyini bildirib. 

Aynurə