SON DƏQİQƏ: İsrail quru əməliyyata BAŞLAYIR
    • 27-10-2023, 11:03
    • 178

SON DƏQİQƏ: İsrail quru əməliyyata BAŞLAYIR

İsrail Hizbullahı cilovlamaq üçün ABŞ-dən raketdən müdafiə sistemi aldıqdan sonra Qəzza zolağında quru əməliyyatına başlamağı planlaşdırır.

News24.az xəbər verir ki, “The Jerusalem Post” bildirib.

Nəşrin yazdığına görə, İsrail HƏMAS tərəfindən partizan müharibəsinin qarşısını almaq üçün Qəzza zolağına qaçaqmalçılıq yolu ilə silah daşıyan bütün kanalları mümkün qədər kəsmək istəyir.

İsrail generalları bildirir ki, TSAXAL mümkün qədər çox girovu xilas etmək üçün riskə getməyə hazırdır.

“Lakin hərbi rəhbərlik bunun çox çətin iş olduğunu anlayır”.

Bundan əvvəl İsrailin Moskvadakı səfiri Aleksandr Ben Zvi bildirmişdi ki, Qəzza zolağında quru əməliyyatı gözlənilmədən başlayacaq.

Ayşən