-
- 21-10-2023, 09:44
- 409
ABŞ-nin şok Qəzza planı: yeni hökumət YARADACAQ
“ABŞ İsraillə birlikdə Qəzza zolağında müvəqqəti hökumətin yaradılması imkanını nəzərdən keçirir. Eyni zamanda, Vaşinqton və Təl-Əviv ərəb ölkələrinin və BMT-nin dəstəyini almaq istəyir”.
News24.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Fələstinin HƏMAS hərəkatı bölgədən tamamilə sıxışdırıldıqdan sonra yeni hökumət yarana bilər . Müzakirələr hələ ilkin mərhələdədir və əsasən İsrailin Qəzza zolağında quru əməliyyatının uğurundan asılıdır”, - deyə nəşr qeyd edib.
Qeyd edək ki, İsrail oktyabrın 7-də səhər Qəzza zolağından iri raket hücumuna məruz qalıb. Fələstin HƏMAS hərəkatının hərbi qanadı Əl-Əqsa tufanı əməliyyatını elan edib.
Nəşr yazır ki, buna cavab olaraq İsrail Qəzza zolağında Dəmir Qılınclar əməliyyatına başlayıb. Bölgə boyu raket zərbələri endirilib, quru əməliyyatı da başlayıb. Bir neçə gün ərzində İsrail hərbçiləri Qəzza ilə sərhədə yaxın bütün yaşayış məntəqələrini nəzarətə götürüb. Bundan başqa, İsrail Qəzza zolağının qarşısını tamamilə alıb. Münaqişənin hər bir tərəfində həlak olan mülki əhalinin sayı mini keçib.
Ayşən