-
- 27-10-2023, 14:52
- 315
Nazir müavininin yerinə təyinat oldu - FOTO
Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsinə müvəqqəti rəhbər təyinatı olub.
News24.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, İdarənin müdiri vəzifəsinin icrası müdir müavini Rəhim Rəhimova həvalə olunub.
Qeyd edək ki, R.Rəhimov bu ilin avqust ayında müdir müavini vəzifəsinə təyin olunub. O, İdarədə 2022-ci ildə İnzibati təşkilat sektorunun müdiri vəzifəsində işə başlayıb.
Xatırladaq ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov bir müddət əvvəl vəzifəsindən azad olunub. O, Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilib və nazirin səlahiyyətlərini müvəqqəti icra etmək də ona tapşırılıb.