-
- 27-10-2023, 17:46
- 226
Qəzzada ölənlərin sayı ARTDI
İsrailin Qəzzaya hücumlarında can itkisi 298 nəfər artaraq 7 min 326-ya çatıb.
News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.
Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra Qəzza şəhərində keçirdiyi mətbuat konfransında İsrailin bölgəyə hücumları barədə məlumat verib.
Kudra bəyan edib ki, İsrail ordusu oktyabrın 7-dən Qəzza zolağında 772 ailədən 5500 nəfəri qətlə yetirib.
O, həmçinin 940-ı uşaq olmaqla 1700 nəfərin itkin düşdüyünü bildirib.
Ülkər Abdurahmanlı