ABŞ İsraili müharibə qanunlarına" əməl etməyə çağırır
    • 18-10-2023, 15:32
    • 208

ABŞ İsraili müharibə qanunlarına" əməl etməyə çağırır

"ABŞ İsraili Qəzza zolağında Fələstinin Həmas hərəkatına qarşı əməliyyatlar apararkən "müharibə qanunlarına" əməl etməyə çağırır".

News24.az xəbər verir ki, bunu Pentaqonun sözçüsü Qəzza zolağında xəstəxanaya hücumla bağlı xəbərləri şərh edərkən deyib.

Qəzza Səhiyyə Nazirliyinin nümayəndəsi daha əvvəl bildirmişdi ki, İsrail Qəzza zolağında Əl-Əhli Baptist Xəstəxanasına hücumu həyata keçirib, nəticədə 500-dən çox adam həlak olub. 

Fələstin prezidenti Mahmud Abbas həlak olanlar üçün üç günlük matəm elan edib. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, ölənlərin əksəriyyəti qadın və uşaqlardır. Eyni zamanda, İsrailin “i24” telekanalının verdiyi məlumata görə, İsrail ordusunun ilkin araşdırması göstərib ki, Qəzza zolağındakı xəstəxanalardan birində partlayış HƏMAS-ın uğursuz raket atışı nəticəsində baş verib.

Ayşən