-
- 28-10-2023, 22:16
- 198
İsrail Türkiyədəki diplomatlarını geri ÇAĞIRDI
İsrail Türkiyə siyasi rəhbərliyinin, xüsusən də ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın son bəyanatları fonunda ikitərəfli münasibətləri yenidən qiymətləndirmək üçün Türkiyədən diplomatlarını geri çağırır.
News24.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Koen deyib.
“Türkiyənin bəyanatlarının kəskinləşməsi fonunda mən İsrail-Türkiyə münasibətlərini yenidən qiymətləndirmək üçün diplomatik nümayəndələrimizi Türkiyədən geri çağırmağı əmr etdim”, - deyə nazir bildirib.