Parkda ağacdan asılmış qadın meyiti tapıldı – ŞOK OLAY
    • 29-10-2023, 12:41
    • 351

Parkda ağacdan asılmış qadın meyiti tapıldı – ŞOK OLAY

Bursada uşaq parkında ağacdan asılmış qadın meyiti tapılıb.

News24.az xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb. 

Meyitin üzərində Gülay Özenə məxsus şəxsiyyət vəsiqəsi tapılıb. 

Parkda meyiti görən insanların xəbəri üzərinə hadisə yerinə polis və təcili tibbi yardım maşınları sövq edilib.

Qadının cansız bədəni ölümünün dəqiq səbəbini müəyyən etmək üçün Bursa Ədli Tibb Qurumuna aparılıb.

Hadisə ilə bağlı istintaq başladılıb.

Ülkər Abdurahmanlı