Azərbaycanda iki qadının meyiti tapıldı
    • 2-02-2023, 14:26
    • 229

Azərbaycanda iki qadının meyiti tapıldı

Mingəçevirdə evdən qadın meyiti tapılıb.

News24.az -ın əldə etdiyi məlumata görə, hadisə dünən şəhərin N.Nərimanov küçəsindəki binada baş verib. Orada yaşayan 1958-ci il təvəllüdlü Pərvanə Hüseynovanın üzərində hər hansı xəsarət olmayan meyiti aşkar edilib.

Bundan başqa dünən saat 17 radələrində Tərtərin Hacallı kəndində də evdən qadın meyiti tapılıb. Belə ki, Rəna Bayramovanın cəsədi ona məxsus evdə aşkar edilib. Meyitin üzərində zorakılıq əlaməti olmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.