HƏMAS-ın 450 hədəfi MƏHV EDİLDİ
    • 29-10-2023, 15:30
    • 149

HƏMAS-ın 450 hədəfi MƏHV EDİLDİ

İsrail hərbçiləri son sutkada Qəzza zolağındakı 450 hədəfə zərbələr endiriblər.

News24.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.

“Son 24 saat ərzində İsrail ordusunun qırıcıları Qəzza zolağında HƏMAS terror təşkilatına məxsus 450 hərbi obyektə, o cümlədən əməliyyat komandanlıq, müşahidə məntəqələri və tank əleyhinə raket buraxılış qurğularına zərbələr endirib. Ordu bölmələri quru əməliyyatlarını genişləndirməkdə davam edir”, - məlumatda bildirilib.