Azərbaycanda hər gün 16 minik avtomobili istehsal olunub

Azərbaycanda hər gün 16 minik avtomobili istehsal olunub Maraqlı

2024-cü il ərzində Azərbaycanda 5 998 ədəd minik avtomobili istehsal edilib.

News24.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə minik avtomobillərinin istehsalı 55% artıb.

Bundan başqa ötən il ölkədə 697 ədəd yük avtomobili istehsal olunub və ötən ilin analoji dövrü ilə müqayisədə 12,8% azalıb.

Qeyd edək ki, ötən il gün ərzində orta hesabla 16 ədəd avtomobil istehsal olunub.\\\\yeniavaz.com