Fəzail Ağamalı: "Xalqın sığorta şirkətlərinə inamı azdır"
    • 29-03-2019, 12:31
    • 1 073

Fəzail Ağamalı: "Xalqın sığorta şirkətlərinə inamı azdır"

“Ticarət mərkəzində yanğın baş verməsi nəticəsində dəyən ziyanı dövlət üzərinə götürdü. Amma bu, həmişəlik belə ola bilməz. İnkişaf etmiş ölkələrdə olduğu kimi sığorta sistemi işə salınmalıdır, institut kimi formalaşmalıdır”.

News24.az
“Report”-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib.
Deputat qeyd edib ki, ölkədə sığorta şirkətləri var, amma onlar işlərinin öhdəsindən layiqincə gəlmirlər: “Xalqın bu şirkətlərə inamı azdır. Çünki sığorta olunan əmlaklara dəyən ziyanın ödənilməsi ilə bağlı problemlər yaradırlar. Təklif edirəm ki, dünyanın sığorta şirkətlərinin mütəxəssisləri ölkəyə dəvət olunsun, onların təcrübəsindən istifadə edilsin”.