Qəzza zolağında xəstəxana ATƏŞƏ TUTULDU
    • 29-10-2023, 19:29
    • 159

Qəzza zolağında xəstəxana ATƏŞƏ TUTULDU

 Qəzza zolağının şimalında yerləşən Əl-Qüds xəstəxanasının binası atəşə tutulub. 

News24.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, xəstəxananın ətrafına bir neçə mərmi atılıb. 

İlkin məlumata görə, xəstəxana kompleksinin arxasında yerləşən binaya ziyan dəyib.

Fələstin Daxili İşlər Nazirliyi rəsmi Telegram səhifəsində bir müddət əvvəl İsrail qüvvələrinin Əl-Qüds xəstəxanasının kənarına hücum etdiyini təsdiqləyib.

Ülkər Abdurahmanlı