-
- 30-10-2023, 09:44
- 323
Sumqayıtda evə silahlı hücumda yaralananların son VƏZİYYƏTİ AÇIQLANDI
Sumqayıt Tibb Mərkəzi şəhər ərasindəki silahlı hücumda xəsarət alan şəxslərin vəziyyətini açıqlayıb.
Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən News24.az-a verilən məlumatda bildirilir ki, Təcili Tibbi Yardım Xəstəxanasında müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsindən Cərrahiyyə şöbəsinə köçürülüb. Vəziyyəti stabildir.
1960-cı il təvəllüdlü Tərlan Fərəcova Reanimasiya şöbəsində müalicəsini davam etdirir, vəziyyəti orta ağır qiymətləndirilir.
1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.
Xatırladaq ki, hadisə oktyabrın 28-də saat 05:30 radələrində Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən fərdi yaşayış evində baş verib. Naməlum silahlı şəxs evə hücum edərək Dağbəyi Fərəcovu və onun qızı Suzana Karakaşı güllələyərək qətlə yetirib, Suzananın həyat yoldaşı Serkan Karakaş və Dağbəyi Fərəcovun həyat yoldaşı Tərlan Fərəcova güllə yarası alıb.
Hadisə zamanı köməyə gələn qonşular Etibar Sarıyev və atası Mehman Sarıyev də müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı cinayət işi başlanıb.
Samir Əli