-
- 28-10-2023, 18:30
- 524
Sumqayıtda silahlı hücumda güllələnən Türkiyə vətəndaşı özəl klinikaya KÖÇÜRÜLDÜ
Sumqayıtda evə silahlı hücum zamanı güllələnən Türkiyə vətəndaşı Serkan Karakaş Sumqayıt Tibb Mərkəzindən Bakıya köçürülüb.
News24.az-ın məlumatına görə, S. Karakaş Sumqayıt Tibb Mərkəzində iki dəfə cərrahi əməliyyat olunsa da, vəziyyəti stabilləməyib. O təcili tibbi yardım briqadasının müşaiyəti ilə Baku Medikal Plazaya köçürülüb. Hazırda onun vəziyyəti kritik-ağır qiymətləndirilir.
Xatırladaq ki, hadisə bu gün saat 05:30 radələrində Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən fərdi yaşayış evində baş verib. Naməlum silahlı şəxs evə hücum edərək Dağbəyi Fərəcovu və onun qızı Suzana Karakaşı güllələyərək qətlə yetirib, Suzananın həyat yoldaşı Serkan Karakaş və Dağbəyi Fərəcovun həyat yoldaşı Tərlan Fərəcova güllə yarası alıb.
Hadisə zamanı köməyə gələn qonşular Etibar Sarıyev və atası Mehman Sarıyev də müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı cinayət işi başlanıb.
Samir Əli