-
- 30-10-2023, 11:11
- 370
Paşinyan da nüvə müharibəsindən DANIŞDI
“İndiki dünya düzəninin dağılması Ermənistan üçün ciddi təhlükədir”.
News24.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 30-da parlamentin iclasında deyib.
“Lakin bu təhlükələrin səriştəli idarə olunması dövlətimiz üçün heç də az ciddi imkanlar yarada bilməz”, - Paşinyan əlavə edib.
Onun sözlərinə görə, son iki ildə beynəlxalq vəziyyət xeyli pisləşib, nüvə müharibəsi ehtimalı ekspertlər və siyasətçilər arasında ciddi müzakirə mövzusuna çevrilib. O qeyd edib ki, Ermənistanın üzləşdiyi təhlükələri aradan qaldırmaq üçün əsas məqsədi özünü reallaşdırmaq olacaq konseptual intellektual iş aparmaq lazımdır.
Akqabay