-
- 30-10-2023, 11:20
- 233
Əməliyyat genişlənir: 600-dən çox hədəfə zərbələr endirildi
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında quru əməliyyatını yenidən genişləndirib və HƏMAS-ın 600-dən çox hədəfinə zərbələr endirib.
News24.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (TSAXAL) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, gecə saatlarında silah anbarları, tank əleyhinə silahların olduğu mövqelər, həmçinin Fələstin təşkilatının sığınacaqları məhv edilib. Əməliyyat zamanı HƏMAS-ın onlarla üzvü öldürülüb.
Qəzza zolağında baş verən qarşıdurmalar zamanı TSAXAL əsgərləri bina və tunellərdə barrikada quraraq əsgərlərə hücum etməyə çalışan onlarla terrorçunu məhv edib.
Bundan əlavə, son bir neçə gün ərzində TSAXAL 600-dən çox terrorçu hədəfə zərbə endirib.
Bildirilir ki, tank əleyhinə silahların olduğu postlardan biri Əl-Əzhər Universitetinin ərazisində yerləşirdi və o, İsrail qırıcısı tərəfindən məhv edilib. HƏMAS tranzit məntəqəsinin yerləşdiyi bina da vurulub. Pilotsuz təyyarənin endirilməsi nəticəsində 20-yə yaxın adam həlak olub.
Ayşən