Mehriban Əliyeva evi əlindən alınan şəhidin ailəsinə yeni mənzil verdi - FOTO
    • 29-03-2019, 14:10
    • 2 425

Mehriban Əliyeva evi əlindən alınan şəhidin ailəsinə yeni mənzil verdi - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatının qaldırdığı iddia əsasında pulunu ödədikləri halda mənzili məhkəmə qərarı ilə əllərindən alınan şəhid ailəsi ilə bağlı yaranmış situasiyaya müdaxilə edib.

News24.az-ın məlumatına görə Mehriban Əliyevanın göstərişi ilə aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun ailəsinə yeni mənzil verilib.

Heydər Əliyev Fondunun nümayəndələri bu gün şəhidin ailəsi ilə görüşüb. Sənan Axundovun ailəsinə bildiriblər ki, Mehriban Əliyevanın tapşırığı əsasında onların problemi həll olunur və Bakının Nərimanov rayonunda ailəyə yeni mənzil verilir.

Xatırladaq ki, şəhidin hələ sağlığında hissə-hissə 53 min manat ödəyərək aldığı 50 kvadratmetrlik mənzil “Şərurlu İsfəndiyar”ın iddiası əsasında məhkəmə qərarı ilə alınıb. Bu məsələ geniş ictimai rezonans və oliqarxa qarşı haqlı hiddət yaradıb.