-
- 2-04-2019, 16:09
- 1 717
Mehriban Əliyevanın bağışladığı evin açarı şəhid ailəsinə təqdim olundu - FOTO
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Aprel şəhidi, polkovnik-leytenant Sənan Axundovun ailəsinə bağışladığı mənzilin açarı şəhidin ailəsinə təqdim edilib.
News24.az bildirir ki, mənzilin açarları və evin sənədləri bu gün şəhidin oğlu Tahir Axundova verilib. Üç ay müddətinə isə mənzil tam təmir ediləcək.
Qeyd edək ki, Sənan Axundovun ailəsinə məxsus 50 kv.m sahə Ali Məhkəmənin qərarı ilə onlardan alınaraq, "şərurlu" İsbəndiyara verilmişdi.
Məsələ ictimailəşdirildikdən sonra işə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva qarışmış və şəhidin ailəsinə yeni mənzil hədiyyə etmişdi.
Azər NƏSİBOV