Abşeronda bıçaqlanan pakistanlının biri həyatını İTİRDİ
    • 30-10-2023, 22:11
    • 173

Abşeronda bıçaqlanan pakistanlının biri həyatını İTİRDİ

Abşeronda iki Pakistan vətəndaşı bıçaqlanıb.

News24.az-ın “Report”a istinadla məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər iki Pakistan vətəndaşına yaşadıqları mənzildə bıçaq zərbələri endiriblər.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Yaralılardan biri hadisə yerində aldığı bıçaq xəsarətlərindən keçinib.

Faktla bağlı araşdırma aparılır.