Bakıda Pakistan vətəndaşının meyiti tapıldı
    • 26-07-2023, 11:53
    • 159

Bakıda Pakistan vətəndaşının meyiti tapıldı

Bakıda Pakistan vətəndaşının meyiti tapılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, Pakistan vətəndaşı, 1972-ci il təvəllüdlü Sadiq Alo Naveed Akhtarın meyiti Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən mənzildə tapılıb.

Onun şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.

Taleh Bağırov