Bu yolda hərəkət dəyişdirildi - VİDEO
    • 31-10-2023, 10:10
    • 210

Bu yolda hərəkət dəyişdirildi - VİDEO

Nərimanov rayonu, Təbriz küçəsi ilə Ağa Nemətulla küçələrinin kəsişməsində hərəkətin idarə edilməsində dəyişiklik olunub

News24.az xəbər verir ki, NİİM-dən verilən məlumata görə, monitorinq zamanı müəyyən edilib ki, Təbriz küçəsindən Ağa Nemətulla küçəsinə sağa dönən zaman svetoforun yaşıl işığı həm nəqliyyat vasitələri, həm də piyadalar üçün eyni vaxtda yanır və qəza şəraiti yaranır. Problemin qarşısını almaq üçün svetoforun iş rejimi 2 fazadan 3 fazaya dəyişdirilib və yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkəti təmin edilib. Kəsişmədə edilən dəyişiklikdən sonra bu yoda sıxlığın qarşısı qismən alınıb.