Bakının mərkəzi küçələrində XAOS YAŞANIR
    • 3-07-2019, 11:20
    • 1 531

Bakının mərkəzi küçələrində XAOS YAŞANIR

Bakının mərkəzi küçələrinin bir neçəsində işıqforlar işləmir. 

Bakl Nəqliyyat Agentliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görəı, elektrik təchizatının kəsilməsi ilə əlaqədar olaraq hazırda paytaxtın S.Vurğun küçəsinin N.Yusifbəyli küçəsi ilə, N.Yusifbəyli küçəsinin X.Şuşinski küçəsi ilə, Azadlıq prospektinin N. Yusifbəyli küçəsi ilə, C.Hacıbəyli küçəsinin N.Yusifbəyli və M.Mirqasımov küçələri ilə kəsişməsində svetoforlar işləmir. 

Təbriz küçəsinin Ağa Nemətulla, Əhməd Rəcəbli küçələri ilə, Əhməd Rəcəbli küçəsinin F.Xoyski küçəsi ilə, F.Xoyski küçəsinin isə Ağa Nemətulla küçəsi ilə kəsişməsində svetoforların işi bərpa olunub. 

Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.