3 aylıq körpənin üzərində narkotik maddə GİZLƏTDİ
    • 31-10-2023, 14:43
    • 155

3 aylıq körpənin üzərində narkotik maddə GİZLƏTDİ

Kırklarelində 3 aylıq körpənin üzərində narkotik maddə gizlədən 4 şübhəli həbs edilib.

News24.az xəbər verir ki, bu barədə “Sabah” məlumat yayıb.

Əldə edilən məlumata görə, Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinə narkotik satışı ilə məşğul olan şəxslər barədə xəbərdarlıq edilib. 

Xəbərdarlıqdan sonra polislər axtarışa başlayıb.

Şübhəlilərin üzərində heç nə tapa bilməyən polislər onların yanındakı 3 aylıq körpənin qarnında dərman qutusuna gizlədilmiş 162,55 qram metamfetamin ələ keçirib.

Hadisə ilə əlaqədar saxlanılan 4 şübhəli şəxs ədliyyəyə sövq edilib.

Ülkər Abdurahmanlı