“Kəpəz” - “Qarabağ” oyununun yeri DƏYİŞDİRİLDİ
    • 31-10-2023, 19:00
    • 179

“Kəpəz” - “Qarabağ” oyununun yeri DƏYİŞDİRİLDİ

Misli Premyer Liqasının “Kəpəz” - “Qarabağ” və “Qarabağ” - “Kəpəz” oyunlarının yerləri dəyişdirilib.

News24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. 

“Qarabağ” klubunun müraciəti, “Kəpəz” klubunun razılıq məktubu ilə Misli Premyer Liqasının 2-ci dövrəsinin “Kəpəz” - “Qarabağ” və 3-cü  dövrəsinin “Qarabağ” - “Kəpəz” oyunlarının yerləri dəyişdirilib. Bu addım “Qarabağ” klubunun Avropa Liqasının qarşıdan gələn “Bayer”lə oyununa daha yaxşı hazırlaşa bilməsi məqsədilə atılıb.

Qeyd edək ki, komandaların əvəzedici heyətləri arasında keçirilən görüşlərlə bağlı əvvəlcədən açıqlanmış cədvəldə heç bir dəyişiklik edilməyib.

4 noyabr

16:00. "Qarabağ" -"Kəpəz"

Tofiq Bəhramov adına Respublika stadionu