Astroloqlardan bu bürclərə XƏBƏRDARLIQ
    • 31-10-2023, 18:55
    • 284

Astroloqlardan bu bürclərə XƏBƏRDARLIQ

Astroloqlar il sonuna qədər xoşbəxtlik tapacaq bürclər haqqınd proqnoz veriblər.

News24.az Metbuat.az-a istinadla xəbər verir ki, uğur qazanacaq bürclərdən birincisi Oxatanlardır. Onlar ağıllı dostlarının məsləhətlərinə qulaq asıb, müdrik qərarlar verə bilərlər.

Payızın son günlərində şanslı olacaq bürclərdən biri də Dolçadır. Karyera və sağlamlıq baxımından növbəti iki ay ərzində işləriniz çox yaxşı olacaq. Amma astroloqlar bildirir ki, hər işin arxasıyca tək gedib özünüzü çox yormasanız daha yaxşı nəticələriniz ola bilər.

Gələn ay maddi baxımdan üzü güləcək bürc Şirlər olacaq. Onlar karyeralarında irəliləyişlər hiss edəcəklər. Sakitliyinizi qoruya bilsəniz zəhmətinizin bəhrəsini görəcəksiniz.

Qızlar üçün yeni başlanğıclara doğru addım atmağın əsl vaxtıdır. Sizi sevən, dəyərinizi bilən, fikirlərinizə hörmət edən insanların olduğu mühitə can atmalısınız. İrəli getmək üçün yeni ili gözləməsəniz də olar. Dekabrın sonuna qədər təkliflər gözlənilir.