Azərbaycan futbolunda QALMAQAL - Hakimlər meydandan QAÇDI
    • 1-11-2023, 01:35
    • 496

Azərbaycan futbolunda QALMAQAL - Hakimlər meydandan QAÇDI

Bu gün Azərbaycan futbolunda növbəti qalmaqal baş verib.

News24.az SPORTİNFO.AZ-a istinadən xəbər verir ki, Hadisə II Liqanın «Göygöl» - «Şəki Siti» qarşılaşmasında (1:2) yaşanıb.

Belə ki, Göygöldə keçirlən matç axıra çatdırılmayıb. Rövşən Rəcəbovun başçılıq etdiyi hakimlər briqadası 83-cü dəqiqədə oyunu dayandırıb.

Buna səbəb ev sahibi komandanın onların qərarına sərt və davamlı etirazıdır. Belə ki, göygöllülərin 3 futbolçusu ikinci hissədə qırmızı vərəqə alıb.

Həmçinin baş məşqçi Araz Mansurov texniki zonadan uzaqlaşdırılıb. Narazılığı bitməyən qərb təmsilçisinin oyunçuları «fit sahibləri»nə təzyiq göstərib.